İrəvan metrostansiyasında erməni dərdi – ŞƏRHbackend

İrəvan metrostansiyasında erməni dərdi - ŞƏRH

Yüz illərdir özlərinə vətən axtaran ermənilərin yaşadıqları dövlət də özləri kimi saxta və yalanlar üzərində qurulub.

Özlərini “qədim” xalq kimi dünyaya sırıyan bu toplumun vay-şivəninin arxasında “əzabkeş” obrazını formalaşdırmaq dayanıb. “Əzabkeş xalq”ın yaşam tərzi məskunlaşdığı arialda hiylədən başqa bir şey olmayıb. Osmanlı dönəmində türkləri ruslara satan ermənilər etibarsızlığın cəzasını ciddi alandan sonra da ağıllanmadı. Daim iddialarla yaşayan bu xalq “dənizdən-dənizə” xülyası ilə “Böyük Ermənistan” qurmağı düşünsə də həmişə arzuları gözlərində qalıb.

Xəstə təxəyyülün məhsulu olan bu ideyanın arxasında çirkin niyyətlər, terror, qonşu xalqlara nifrət, ərazi iddiaları dayanırdı. Yüz illərdir bu ideologiya ilə yaşayan ermənilər 21-ci əsrdə də qonşu dövlətlərə ərazi iddialarını danmırlar. Azərbaycana qarşı işğalçılıq müharibəsində başı əzilən Ermənistanın dövlət gerbində əks olunan təsvir Türkiyə ərazisindəki Ağrı dağının görüntüsüdür. Özləri də yatanda yönləri Türkiyə istiqamətində dayanırlar ki, yuxuda “Şərqi Ermənistan”ı görüb 1915-ci ildə ölən babalarının ruhu ilə təmas qura bilsinlər. Bu, əsl ermənilikdir. Məhz yüz minlərlə erməni adamının beynini zəhərləyib sıradan çıxaran zərərli bir ideologiyadır.

Özlərini Cənubi Qafqazda “demokratiya carçısı” adlandırmaqla dünyaya üz tutan ermənilərin qisasçılıq arzusu həmişə olub və davam edəcək. Türkiyə və Azərbaycan dövlət xadimlərinə terror edən bir qrup qatilin xatirəsinə paytaxt İrəvanda “Nemesis” abidəsinin ucaldılmasıyla fəxr edən bir xalqın bəşəri dəyərlərdən danışması qorxuludur.

İrəvan metrosunun “Respublika meydanı” stansiyasında isə ermənilərin başqa bir “dərdini” əks etdirən lövhə asılıb. Bu lövhədə əsil ermənilik ifadə olunub. Metronun “Respublika meydanı” stansiyasında lövhədə “Tarixi Ermənistan” xəritəsi öz əksini tapıb. İki gün əvvəl Ermənistanda az qala bu lövhəylə bağlı şok yaşanacaqdı. Bütün mətbuat-televiziya, radio, xəbər agentliklərinin mövzusuna çevirilən bu mövzu dərhal araşdırılıb və həllini tapıb.

Məsələ burasındadır ki, “Respublika meydanı”nında quraşdırılan bu lövhəni stansiyadan yığışdıran metropoliten rəhbərliyi dərhal xəritəni daha geniş və daha işıqlı formada yerindən asıb. Bunlar düzəlib eliyənə oxşamırlar.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*