İrəvan metrosu bir gün işləməyəcəkbackend

İrəvan metrosu bir gün işləməyəcək

Ermənistanın paytaxtı İrəvan şəhərində metro texniki səbəblərə görə işləməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə metronun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, metro gün ərzində sərnişinlər üçün əlçatan olmayacaq.

“Hörmətli sərnişinlər, nəzərinizə çatdırırıq ki, texniki nasazlıqlara görə bu gün İrəvan metrosu bağlanacaq”, – məlumatda deyilir.

Ötən gün İrəvan metrosu stansiyalar arasında qatarın nasazlığı səbəbindən məhdudiyyətlərlə işləyirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*