“İrəvan rusları qovmaq üçün əlindən gələni edir” – Erməni KİVbackend

"İrəvan rusları qovmaq üçün əlindən gələni edir” - Erməni KİV

Sən demə, ermənilər hesab edirdilər ki, Moskvada Ararat Mirzoyan Qarabağ ermənilərinə humanitar yüklərin göndərilməsi ilə bağlı Ceyhun Bayramovla razılaşa bilib. Ona görə də bu görüşü Ermənistanın diplomatik qələbəsi kimi yozmağa hazırlaşırmışlar.

Lakin məlum oldu ki, Ermənistan və Azərbaycan hakimiyyətləri arasında mövcud razılaşmalar Laçın dəhlizi ilə bağlı deyil.

KONKRET.az-ın xəbərinə görə, erməni teleqram kanalları yazır ki, “İndi biz görürük ki, Laçın dəhlizi adlanan yerin girişində əsl tamaşa oynanılır. Məqsəd Qarabağ ermənilərini Azərbaycanla birbaşa dialoqa razı salmaqdır. Bakı və İrəvan Rusiya sülhməramlılarını regiondan qovmaq üçün əllərindən gələni edir”.

Artıq erməni separatçılarının absurd teatrının son pərdəsi endirilir. Azərbaycanın yerli əhalisi olan erməniləri girovluqda saxlamaq müddəti demək olar ki, bitib. Elə buna görədir ki, Samvel Babayan Azərbaycanla birbaşa danışıqlara ehtiyac olduğunu bəyan edib.

İndi Ermənistan hakimiyyətinin ideoloji tezislərindən görünür ki, İrəvan Qarabağla bağlı narahatlıq keçirmir. Çünki bu, Azərbaycanın daxili işidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*