İrəvanda ATIŞMAbackend

İrəvanda ATIŞMA

Bu gün, oktyabrın 17 -də İrəvanda atışma səsləri eşidilirdi.

KONKRET.azın məlumatına görə, bu barədə “shamshyan.com” xəbər yayıb.

Təxminən saat 01:30 radələrində İrəvan Bələdiyyə Daxili İşlər İdarəsinin Cinayət Axtarış Şöbəsinə şəhərdə atəş səslərinin eşidildiyi barədə əməliyyat məlumatı daxil olub.

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları şəhəri araşdırdıqdan sonra güllə izləri olan “Mercedes” markalı avtomobil aşkar ediblər.

Oyun zalının giriş qapısında və binanın içərisində də güllə izləri tapılıb.

Müəyyən edilib ki, atəşi İrəvan sakini, 43 yaşlı Suren Qriqoryan açıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Qriqoryan saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*