İrəvanda ATIŞMA – 4 yaralıbackend

İrəvanda ATIŞMA - 4 yaralı

Oktyabrın 1-də İrəvanda güllə və bıçaq xəsarətləri ilə 4 vətəndaş Surb Qriqor Lusavoriç tibb məntəqəsinə yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb.

Hazırda həkimlər yaralılara tibbi yardım göstərirlər. Hadisə yerindən mərmi gilizləri və qan izləri aşkar edilib.

İrəvan Şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə zərərçəkənlərin Kotayk rayonunda xəsarət alması barədə əməliyyat məlumatı daxil olub. Müstəntiqlər hadisənin baş vermə şəraitini və yerini araşdırır. Polis həmçinin həlak olanların şəxsiyyətini öyrənməyə çalışır.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*