İrəvanda Qriboyedovun heykəlini ləkələyiblərbackend

İrəvanda Qriboyedovun heykəlini ləkələyiblər

İrəvanda rus diplomatı və şairi Aleksandr Qriboyedovun heykəli qırmızı boya il ləkələnib.

KONKRET.az erməni mətbuatına istinadən bildirir ki, aktivist Şahen Harutyunyan abidəni boya ilə ləkələdikdən sonra Facebook səhifəsində bəyanat yayıb: “Armavirdə Njdenin xatirə lövhəsinin ləkələnməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, şair Qriboyedovun abidəsinə qırmızı boya tökdüm”.

Xatırladaq ki, noyabrın 13-də Armavir Şəhər Şurasının deputatı Aleksey Vinoqradov Erməni Apostol Kilsəsinin kilsəsinin ərazisinə girmiş və Njdenin xatirə lövhəsini qara rəngə boyamışdı. Bir neçə gün əvvəl isə, kilsə xatirə lövhəsinin söküldüyü barədə məlumat yaymışdı.

Şahen Harutyunyan ictimai xadim, Tsegakron partiyasının və Vahid Milli Təşəbbüsün lideri Şant Harutyunyanın oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*