İrəvandakı aksiya zamanı bəzi etirazçılar xəstəxanaya yerləşdirilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, həm aksiya iştirakçıları, həm də polis əməkdaşları tibbi yardıma müraciət ediblər.