İrəvandan xarici işlər nazirlərinin Rusiya görüşü barədə AÇIQLAMAbackend

İrəvandan xarici işlər nazirlərinin Rusiya görüşü barədə AÇIQLAMA

İrəvan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Rusiyada görüşünün keçirilməsi təklifini nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bildirib .

“Müxtəlif təkliflər, müzakirələr var, lakin hələlik konkret razılaşma yoxdur. Çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir”, – Arutyunyan deyib.

Bundan əvvəl Kremlin sözcüsü Dmitri Peskov bildirib ki, Moskva münaqişənin həllinə kömək etmək üçün Bakı və İrəvanla dialoqu davam etdirir, lakin hələlik ciddi irəliləyiş yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bildirdiyinə görə, siyasi iradə olarsa, Moskva Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin rəhbərlərini qəbul etməyə hazırdır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*