İrəvanın keçmiş vitse-meri Vahe Nikoyan saxlanılıb.
KONKRET.az xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən başlanmış cinayət işinin ibtidai istintaqı çərçivəsində İrəvanın sabiq vitse-meri Vahe Nikoyanın işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı kifayət qədər sübutlar əldə edilib.
Bu illər ərzində İrəvanda yerinə yetirilməmiş zibil yığılması və sübut olunmamış sanitar təmizlik xidmətlərinə görə “SANİTEK” MMC-yə, eləcə də onun tabeliyində olan şirkətlərə əsassız olaraq 3 milyard dramdan çox pul ödənilib.
Günel Mikayılova,
KONKRET.az