Ermənistanın “Vətən uğrunda Tavuş” hərəkatının minlərlə tərəfdarı hökumətə qarşı etiraz mitinqi keçirir.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bİldirilib ki, izdihamlı aksiya zamanı “KamAZ” markalı yük maşını İrəvanın Respublika meydanına daxil olub. Avtomobilin sürücüsü onu nümayişçilərin üzərinə sürməyə cəhd edib.
Aksiyaçılar yoldan çəkilməyə müvəffəq olub və nəticədə itki və xəsarət alan olmayıb.
Burhan,
KONKRET.az