İRNA: “Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti Paşinyanın Tehrana səfərinə əsəbi reaksiya verib”backend

İRNA: "Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti Paşinyanın Tehrana səfərinə əsəbi reaksiya verib"

“Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti Paşinyanın Tehrana səfərinə əsəsbi reaksiya verib”.

KONKRET.az xəbər verir ki, bu barədə İRNA yazı dərc edib. Agentlik yazır ki, Ermənistanın Baş nazirinin Tehrana səfəri ilə eyni vaxtda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti İranla əlaqəli olduğu iddia edilən silahlı qruplaşma üzvlərinin həbs edildiyini açıqlayıb.

Nəşr yazır: “İran Cənubi Qafqaz məsələsində “aydın” mövqe nümayiş etdirir və sərhədlərin dəyişdirilməsinin qırmızı xətt olduğunu, gərginliyin yalnız region ölkələrinin iştirakı ilə həll edilməli olduğunu vurğulayır.

Bununla bağlı İran Bakı ilə İrəvan arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün “3+3” formatını təklif edib. Lakin “sionist” rejimin (İsrail nəzərdə tutulur – red.) İrana regiondan kənar müdaxiləsi və düşmənçiliyi nəticə verdi. Bu ölkənin rəsmiləri o dərəcədə Tehranın açıq mesajını “dərk etmirlər” və hətta bəzi hallarda regionun maraqlarına “zidd hərəkətlər” edirlər”.

Lakin gərginliyi azaltmaq məqsədilə İran Ermənistan və Azərbaycan liderlərini Tehrana dəvət edib.

Prezident İlham Əliyev də Tehrana dəvət olunub, lakin bu səfər hələ baş tutmayıb.

Buna əsaslanaraq belə görünür ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatı Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehrana səfərinə əsəbi reaksiyadır.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İranın xüsusi xidmət orqanlarında olduğu, onların hərbi təlim keçməsi və maliyyələşdirilməsi ilə məşğul olduğu iddia edilən bir qrup Azərbaycan vətəndaşı ilə bağlı araşdırma aparıldığı barədə məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti “yalan” iddialarını təkrarlayaraq 2018-ci ildə gizli və qanunsuz silahlı qruplaşmaya rəhbərlik etməkdə təqsirləndirilən bir sıra şəxslərin qiyabi həbsinə orderlərin verildiyini növbəti dəfə açıqlayıb”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*