İngiltərədə 70 yaşlı Tizzi Hodson gözlənilməz hadisə ilə qarşılaşıb.
KONKRET.az xəbər verir ki, o, motosiklet kaskadyorluğu işi üçün göndərdiyi məktubun orijinalını axtararkən gözlərinə inana bilməyib.
Linkolnşir bölgəsində yaşayan qadın poçt qutusuna baxarkan 48 il sonra onun iş müraciətinə cavab gəldiyini görüb.
O, 1976-cı ildə iş üçün müraciət etsə də, ötən illər ərzində heç bir cavab ala bilməyib:
“Londondakı mənzilimdə oturub məktub yazdığımı dəqiq xatırlayıram. Hər gün cavab axtarırdım, amma heç nə yox idi və çox məyus olurdum. Çünki həqiqətən motosiklet kaskadyoru olmaq istəyirdim.
Həmişə fikirləşirdim ki, niyə iş haqqında heç nə eşitməmişəm. İndi bunun səbəbini bilirəm. Məktubun yuxarı hissəsində əl ilə yazılmış bir qeyd var idi: Steynsə poçtun gec çatdırılması. Cəmi 50 il gecdir”- o deyib.
Qaytarılan məktubu “möcüzə” kimi xarakterizə edən xanım Hodson deyir ki, nəhayət ki, niyə bu işi əldə etmədiyinə cavab tapıb.
Xanım Hodson məktubu kimin qaytardığını və ona necə çatdığını bilmir.
“Təxminən 50 dəfə köçməyimə və hətta dörd-beş dəfə ölkəni dəyişməyimə baxmayaraq məni necə tapdıqları sirdir”.
İş müraciətinə cavab gəlməsə də xanım Hodson özünə daha maraqlı işlər tapıb. O, ötən illər ərzində Afrikaya köçüb, ilanlarla işləyib, akrobatika pilotu və uçuş təlimatçısı olub. /olkeaz