İş yerini dəyişdirən müəllimlərin sayı AÇIQLANDIbackend

İş yerini dəyişdirən müəllimlərin sayı AÇIQLANDI

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə uğur qazanan namizədlərin sayı açıqlanıb.

KONKRET.az xəbər verir ki, yerdəyişmə müsabiqəsi zamanı ümumi olaraq 950 namizəd uğur qazanıb.

Həmin namizədlərdən 372-si həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələrdə 3-5 il, 335-i həmin müəssisələrdə 5 il və daha artıq müddətə çalışanlar, 21-i şəhid ailəsi üzvü olanlar, 55-i hərbçi ailəsi üzvü olan, 495-i isə həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələrə yerdəyişmə edən namizədlərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*