“İsa Həbibbəyli akademizm cərəyanının banisidir” – Bir gəncin “MANİFESTİ”backend

"İsa Həbibbəyli akademizm cərəyanının banisidir" - Bir gəncin "MANİFESTİ"

Elnarə Qaragözova, filologiya üzrə fəlsəfə doktoru

Deyir qulaq gündə bir söz eşitməsə, kar olar. Açığı, belə xəbərlərə artıq aludə olmuşuq. Amma, görəsən, gözlər həddindən artıq kosmetikalanmış, mənası dərindən anlaşılmayan məqalə və əsərlər oxuyanda niyə kor olmur? Məsələn, elə götürək akademik İsa Həbibbəylinin  “Xəmsə – XXI əsr (ithaflar, iqtibaslar və poetik dəyərləndirmələr)” poeması haqqında Elnarə Qaragözova adlı müəllifin yazdığı məqaləni. Məqalənin başlığı diqqətli oxucunun diqqətindən qaçmır: “Akademik İsa Həbibbəylinin  “Xəmsə – XXI əsr (ithaflar, iqtibaslar və poetik dəyərləndirmələr)” poeması Azərbaycan akademizm cərəyanının manifesti kimi. Yeri gəlmişkən, müəllif özü elə belə də yazır: “Nizami və “Xəmsə”ni tarixin dərinliklərindən bu günə – XXI əsrə gətirərək ona yeni həyat verən akademik klassik mətnin və mövzunun bazisində tam fərqli bir əsər meydana qoyur. Bütün bunları nəzərə alaraq akademik İsa Həbibbəylinin  “Xəmsə – XXI əsr (ithaflar, iqtibaslar və poetik dəyərləndirmələr)” intellektual poemasının Azərbaycan akademizm cərəyanının manifesti olduğunu tam əminliklə bəyan edə bilərik”.

Əvvəla, deyəsən, xanım müəllif manifest sözününü harada işlənilməsinin fərqində olmayıb. Təki başlıq təntənəli olsun. Gəlin manifest sözünün izahlı lüğətinə baxaq:

  1. Dövlət başçısının və ya ali hakimiyyət orqanının əhaliyə çağırışı. Hansısa vacib hadisə, təntənəli tarix münasibəti ilə qəbul edilir.
  2. Siyasi partiyanın proqram və fəaliyyət prinsiplərini nəzərdə tutan çağırışı;
  3. Bir qrup insanın hansısa məsələ üzrə fikirini bildirməsi.

İndi E.Qaragözovanın yazdığından belə çıxır ki, akademik ya dövlət başçısıdır, yaxud hansısa ali hakimiyyət orqanını təmsil edir. Ola bilsin, xəbərimiz yoxdur, bəlkə İsa Həbibbəyli hansısa siyasi partiyanın proqramını bu əsərində bəyan edir. Əminəm ki, AMEA-nın prezidenti bir qrup insanı da başına toplayıb manifest yazmaq fikrindən də uzaqdır. Bəs onda başlığın belə təqdimatı nəyə hesablanıb?

Əlbəttə, müəllif nə özü terminləri bilmir, nə də haqqında yazılan. Yazıda terminlərin arxasında xeyli söz yığınının olduğu göz qabağındadır. Konkret manifest sözünə gəldikdə isə, termin yerində işlədilməyib, sadəcə akademik cümlələr qurmaq, oxucunun (məhdud sayda olsa belə) nəzərində əsər haqqında yüksək rəy yaratmaq üçün edilən cəhd kimi dəyərləndiilməlidir.

Müəllifin toxunduğu iki məqam da diqqətimizi çəkdi:

“Müstəqillik dövrü ədəbiyyatımızda arxetiplərin dekonstruksiyası tendensiyası fonunda Nizaminin arxetipik süjetlərinin postmodern kontekstdə təqdimi

Nizami mövzularına elmlə bədii təfəkkürün vəhdətində – akademizm cərəyanı kontekstində yanaşma”

Əvvəla müstəqillik dövrü ədəbiyyatımızda arxetiplərin dekonstruksiyası tamamilə başqa mövzudur. Nədənsə Elnarə Qaragözova Elçin yaradıcığından da bəhs edəndə (https://525.az/news/209994-elcinin-yaradiciligi-arxetipik-plastlar–elnare-qaragozova-yazir) bu termindən geninə-boluna istifadə edir. Görünür, alimin yaradıcılığında həmin terminə xüsusi rəğbəti var. O ki qaldı terminin İsa Həbibbəylinin poeması ilə əlaqəsinə, hesab edirik ki, filologiya üzrə fəlsəfə elmləri doktoru məsələyə çox sönük yanaşıb.

Qeyd edək ki, vikipediayada Arxetip bir neçə mənalarda verilir. Müəllifin təqdim etdiyi məna analitik mifologiyaya aiddir. Həmin tərifdə göstərilir ki, arxetip obrazın və onun daşıdığı mənanın başlanğıcdakı vəhdətidir. Beləliklə, müəllif arxetiplərin dekonstruksiyası deyəndə elmi ictimaiyyəti çaşdırır, akademikin əsərini Nizami Gəncəvinin “Xəmsə”si səviyyəsinə qaldırır, bədii təfəkkürlə elmi təfəkkürün vəhdətindən danışaraq akademikin öz elmi fəaliyyətində bu cərəyanın tədqiqinə və ardıcıl izlənməsinə xüsusi diqqətlə yanaşdığını deyir.

Elnarə Qaragözova daha sonra yazır: “Akademik İsa Həbibbəylinin akademizm cərəyanının tədqiqi ilə bağlı həyata keçirdiyi layihələr onu Azərbaycan akademizminin həm elmi tədqiqinin banisi, həm də bu cərəyanın yaradıcısı mövqeyində dayandığının bariz sübutudur. Onun bədii əsərləri alimin elmi baxışlarının bədii siqlətli ümumiləşdirmələridir”. Bu tərifdən sonra müəllif “gül vurur”: “Xəmsə – XXI əsr (ithaflar, iqtibaslar və poetik dəyərləndirmələr)” intellektual poeması 20 hissədən ibarətdir. Klassik Xəmsə ənənənəsinə uyğun olaraq əsərin əvvəlində fəxriyyə və minacat verilmişdir. Lakin ənənədən fərqli olaraq fəxriyyə müəllifə deyil, dahi Nizami Gəncəviyə həsr edilmişdir”.

Görəsən, Elnarə xanım bilmir ki, əgər fəxriyyə verilmirsə və Nizami Gəncəvi tərif edilirsə, bu, mədhiyyə adlanır. Yəni bu qədər sadə. E.Gözəlova bu təhlili ilə əslində bəsit yanaşmasını özü sübut edir. Növbəti cümləyə diqqət edin: “Bu intellektual poemada minacat Xəmsəyə, özəlliklə Nizaminin yaratdığı Azərbaycan ruhlu Xəmsəyə ithaf olunur, onun müqəddəsliyini, toxunulmazlığını vurğulayır”.  Akademikin doktorantına bildirmək istəyirik ki, minacat Şərq ədəbiyyatında işlək şeir çeşidlərindən biridir. Minacatda ulu yaradanın qüdrəti, böyüklüyü və onun ilahi keyfiyyətləri, insan təsəvvüründəki ucalığı tərənnüm olunur. Kainatın yaradıcısı kimi həm də qeyri-adi nizamlayıcı funksiyası, hər şeyi yerinə qoya bilməsi, tənzimləməsi vurğulanır. Klassik ədəbiyyatda şeir divanlarının başlanğıcında bir forma olaraq minacatlar ənənəvi xarakter alıb. (Vikipedia)

Yəni doktorantın vurğuladığı kimi “Xəmsə”yə inthaf olunan hissə birmənalı olaraq minacat adlandırıla bilməz və bu, kobud qüsurdur.

Akademik İsa Həbibbəylinin “Sirlər xəzinələri” bölümündəki başlıqların bəziləri yumor hissi olan oxucularda təbəssüm yaradır. Məsələn. “Nuh peyğәmbәrin gәmisi”, “Әfqanıstanda xaş-xaş zәmisi”. Deyəsən, bəy tərifində belə misralar vardı:

Dəryada batıbdır Nuhun gəmisi,

Bizə xələt versin bəyin əmisi

Poemanın ən maraqlı bölümlərindən biri kimi “Elm haqqında bir neçə söz – Eşqdən – elmə” adlı hissə də çözülür: “Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasındakı “Eşq haqqında bir neçə söz” məsnəvisinə iqtibas kimi qələmə alınan akademik-poetik nümunə akademizm cərəyanının mahiyyətini mükəmməl şəkildə ifadə edir. Enerji haqqında qanuna əsaslanaraq eşqin də heçdən  yaranmadığını və heç zaman itmədiyini deyən, məhəbbətə ali abidə qoyan Nizaminin eşq adlandırdığı məfhumun akademik İsa Həbibbəyli tərəfindən  məhz elmlə əvəz edilməsi yeni baxışdır.  Eşqin ən ali növü, ən təmənnasızı, ən pakı  və ədəbi yaşarı ELMdir:

Hәbibbәyli, elmdir dünyada işıq,

Qaranlıqdan yalnız elmlә çıxmışıq.

Elm ki, әbәdi Prometeydir,

Aqillәr üçün elm susmayan neydir.

Elm haqda danışmaq düşüb әlimә,

Yaşasın alimlәr, eşq olsun elmә!

Fikrimizcə, poemanın bu hissəsini Azərbaycan akademizminin himni kimi qəbul etmək olar”.

Müəllif bununla “Himn” sözünü və anlayışını məsxərəyə qoyub. Halbuki “Himn — dövlət atributlardan biridir. İlk dəfə qədim Yunanıstanda yaradılıb. Bu gün bütün ölkələrin himni var”. (İnternetdən)

Nə isə KONKRET.az-ın Analitik Qrupu hörmətli oxucuların vaxtını çox almaq istəmir, mövzunu Akademik İsa Həbibbəylinin “qüdrətdən doğan” şeiri ilə bitirməklə poemadan bu parçanı da oxucuların ixtiyarına buraxır:

“Xәmsә – XXI әsr” –

Nizami Gәncәvi sәnәtinә

Müasir dövrün

İntellektual baxış ünvanı.

Nizami Gәncәvi – Sönmәz işıq seli dastanı.

Ölmәz idealları yaşadır

Bu qüdrәtli insanı.

Böyük gәlәcәyә doğru

Әdәbi yol gedir Nizami.

Hәr yeni әsrlә,

Hәr gәlәn nәsillә

Yenidәn davam edir NİZAMİ!…

KONKRET.az-ın ANALİTİK QRUPU

  • Akademik
    Fevral 23, 2023 - 16:08

    Az qalıb artıq. Qısa müddətə İsa Həbibbəyli özünü Peyğəmbər elan edəcək!

  • Leyli
    Fevral 24, 2023 - 12:51

    Hər bir elm adamı ədəbi-bədii yaradıcılıqla məşğul ola bilər, bu normaldır. Normal olmayan məqalə müəllifinin səriştəsizliyiydir.

  • Elnarə Qaragözova
    Fevral 27, 2023 - 01:09

    Facebook səhifəmdə Cavabınız hazırdır konkret. az!

  • Şəmsəddin Göytürk
    Dekabr 21, 2024 - 21:30

    Niyə təəccübləndiniz, konkret.az, İsa müəllimin söz yığını haqqında məqalə də söz yığını olmalıdı da. Zərin qədrini zərgər bilər, çürümüş dəmir parçasının yox!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*