İsa Həbibbəylinin Mehdiyevlə bağlı bu fikirləri REKORD QIRIR – VİDEObackend

İsa Həbibbəylinin Mehdiyevlə bağlı bu fikirləri REKORD QIRIR - VİDEO

“Akademik Ramiz Mehdiyevin ictimai-siyasi və elmi-ideoloji fəaliyyətinin əsas mahiyyəti Heydər Əliyev dövlətçilik ideallarının ölkəmizdə uğurla həyata keçirilməsindən ibarətdir”

KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli səsləndirib.

AMEA rəhbərinin sözlərinə görə, Ramiz Mehdiyev Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatların və modernləşmə siyasətinin ideoloji əsaslarını hazırlayan, onların tətbiqinə rəhbərlik edən nüfuzlu ideoloqlardan biridir:

“Onun siyasi-ideoloji baxışlarında azərbaycançılıq, müstəqil dövlətçilik və Heydər Əliyevçilik bir-birini tamamlayan əsas istiqamətlərdir”.

Qeyd edək ki, sözügedən açıqlamanı əks etdirən video TV1 kanalı tərəfindən yayımlanıb.

Daha ətraflı videoda:

 

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*