İran hüquq-mühafizə orqanları İsfahan vilayətində İsrailə məxsus pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sexi aşkar ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə İsfahanın polis nümayəndəsi general Məhəmməd Rza Həşimifar (Mohammad Reza Haşemifar) bildirib.
“Polis əməkdaşları bu emalatxananı geniş miqyaslı istintaq tədbirləri keçirdikdən sonra aşkar ediblər. Koordinasiyalı polis əməliyyatı zamanı dörd şübhəli şəxs və ölkənin agentləri (İsrail) saxlanılıb”, – o, “Tasnim” agentliyinə bildirib.