İşğaldan azad edilmiş ərazilərdə çərşənbə tonqalları qalanıb.
KONKRET.az xəbər verir ki, Xocalının Ballıca kəndində uzun illərdən sonra Od çərşənbəsi qeyd olunub.
Belə ki, Ballıca kəndinə köç edən ailələr çərşənbə tonqalı qalayıblar.
***
Ağdərə rayonunun Həsənriz kəndində 33 ildən sonra ilk dəfə olaraq Od çərşənbəsi qeyd edilib.
Ötən gün doğma ocaqlarına köçürülən kənd sakinləri bayram tonqalı ətrafında rəqs ediblər.//Oxu.az