İŞİD-i Fransa maliyyələşdirib – SENSASİYAbackend

İŞİD-i Fransa maliyyələşdirib - SENSASİYA

İŞİD terror təşkilatını Fransa maliyyələşdirib.

KONKRET.az xəbər verir ki, Fransa Ali Məhkəməsi ölkənin nəhəng sement istehsalatçısı “Lafarge” şirkətini İŞİD-ə maliyyə ötürməkdə ittiham edir.

Məhkəmə “Lafarge”nin İŞİD terrorçularını maliyyələşdirdiyinə görə, “insanlığa qarşı cinayətlərə ortaq olmaq” maddəsilə ittiham oluna biləcəyinə dair qərar verib.

Şirkət İŞİD terror təşkilatına milyonlarla dollar köçürməkdə ittiham olunur.

2017-ci ilin iyun ayında “French Lafarge”yə qarşı başladılan istintaq çərçivəsində şirkət rəhbərliyində bəzi şəxslər terrora dəstək verməkdə günahlandırılır.

2018-ci ilin iyun ayınadək şirkətə qarşı irəli sürülən “insanlığa qarşı cinayətlərdə iştirak etmək” ittihamı 2019-cu ilin noyabrında ləğv edilmişdi. Prosesdə iştirak edən mülki tərəflər ittihamın ləğvi üçün Ali Məhkəməyə müraciət etmişdilər.

Ali Məhkəmə isə Paris Apellyasiya Məhkəməsinin “Lafarge”nin “insanlıq əleyhinə cinayətlərdə ortaq olmaq” ittihamını ləğv edən qərarını qəbul etməyib və aşağı məhkəmə instansiyasına işə yenidən baxılmasını tələb edib. Kassasiya Məhkəməsi də Paris Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənən “terrorizmi maliyyələşdirmək” ittihamı əsasında şirkətin etirazını rədd etməklə yanaşı “terror qrupuna verilən vəsaitin terrorizmi maliyyələşdirmək ittihamı üçün kifayət etdiyini bildirib”. Bununla da Ali Məhkəmə “Lafarge”yə qarşı “terrorizmi maliyyələşdirmək” ittihamını təsdiqləyib.

Məlumat üçün qeyd edək ki, Fransa kəşfiyyat xidmətinin 2014-cü ilin avqust tarixli gizli qeydlərindən aydın olub ki, dövlət şirkəti ilə terror təşkilatı arasında razılaşmadan xəbərləri olub.

Anadolu Agentliyinin əldə etdiyi Fransız təşkilatlarına aid sənədlərdə isə Fransa kəşfiyyat və dövlət qurumlarının buna görə “Lafarge”yə xəbərdarlıq etmədiyi ortaya çıxır.

Şirkət Suriyada vətəndaş müharibəsinin ən gərgin dövründə ölkənin şimalındakı sement fabrikində istehsalını davam etdirmək üçün İŞİD-ə 15 milyon dollar ödədiyi iddia edilib. Bundan başqa, İŞİD-in bunker və tunellərinin inşasında “Lafarge”nin istehsal etdiyi sementlərdən istifadə olunub./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*