İŞİD yaraqlılarına yardım edən Leyla Qataqajeva İnterpol və Federal Penitensiar Müəssisə əməkdaşlarının müşayiəti ilə İraqdan Rusiyaya ekstradisiya edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Rusiya istintaqının məlumatına görə, Qataqazheva 2016-cı ildə Suriyaya gəlib və terror təşkilatı sıralarına qoşulub.
O, Daxili İşlər Nazirliyinin İnquşetiya üzrə Departamentinin tələbi ilə beynəlxalq axtarışa verilib və İraqda saxlanılıb./Publika