İŞİD İraqı qana boyadı: ölənlər varbackend

İŞİD İraqı qana boyadı: ölənlər var

İraqda İslam Dövləti (İŞİD) terror qruplaşması yaraqlılarının hücumu nəticəsində ən azı 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

KONKRET.az bildirir ki, bu barədə “Shafaq news” xəbər yayıb.

Bağdadın şimalındakı Diyala əyalətindəki hökumət rəsmiləri xəbəri təsdiqləyib.

Hadisə şənbə günündən bazar gününə keçən gecə Baakuba əyalətinin inzibati mərkəzi yaxınlığındakı El-Abbara qəsəbəsi ərazisində baş verib.

Əldə olan məlumata görə, əvvəlcə radikallar yol kənarına qoyulan partlayıcı qurğunun üstündə bir yük maşını partladıblar.

Təhlükəsizlik qüvvələri hadisə yerinə çatanda və səs-küyə yerli sakinlər toplaşanda terrorçuların snayperləri hər iki tərəfdən onlara atəş açıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*