İslam Rzayev HƏBS EDİLDİbackend

İslam Rzayev HƏBS EDİLDİ

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

KONKRET.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə verilib.

Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev və rayonun digər vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.

Digər saxlanılanlar da korrupsiya cinayətlərində təqsirləndirilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*