İşləyənlərin NƏZƏRİNƏ: Bayram günlərində əlavə əməyə cəlb olunursunuzsa, mütləq bunu TƏLƏB EDİNbackend

İşləyənlərin NƏZƏRİNƏ: Bayram günlərində əlavə əməyə cəlb olunursunuzsa, mütləq bunu TƏLƏB EDİN

Qeyri-iş günlərində fəaliyyət göstərən sahələr (media, tibb, nəqliyyat və s.) üçün xüsusi sosial güzəştlərin tətbiqi məsələsi gündəmdədir. Bəs bu, qanunvericiliklə necə tənzimlənir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qeyri-iş günlərində əmək münasibətləri mövcud qanunvericilik çərçivəsində tənzimlənir:

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

“Belə günlərdə və ya artıq iş saatlarında çalışan şəxslərə kompensasiya ödənilməlidir. Bu, qanunda açıq şəkildə qeyd olunub. Sadəcə, bu məsələlər işəgötürənlə işçi arasında bağlanan müqavilələrdə düzgün əksini tapmalıdır.”

Ekspertin sözlərinə görə, Azərbaycanda əmək müqavilələri əsasən tipik formada hazırlanır və fərqli iş şəraitlərini nəzərə almır:

“Bizdə təəssüf ki, müqavilələr eyni tiplidir. Xarici şirkətlərdə fərqli müqavilə sistemi mövcuddur. Azərbaycan vətəndaşları xarici şirkətlərlə müqavilə bağlayarkən artıq iş saatları və qeyri-iş günləri ilə bağlı xüsusi şərtlər yer alır. Amma istər dövlət, istərsə də özəl sektorda bu cür fərqləndirmələrə rast gəlmirik.”

Natiq Cəfərli hesab edir ki, bu istiqamətdə yeni qanunlara ehtiyac yoxdur:

“Əgər mövcud qanunvericilik normal tətbiq olunsa, əlavə qanun qəbul etməyə gərək qalmaz. Sadəcə qanunun tələblərinə əməl edilməlidir.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*