İşləyənlərin NƏZƏRİNƏ: Minimum əməkhaqqı ilə iki dəfə artırıla bilərbackend

İşləyənlərin NƏZƏRİNƏ: Minimum əməkhaqqı ilə iki dəfə artırıla bilər

“Minimum əməkhaqqına ildə iki dəfə baxılması qanunvericiliyə zidd deyil və iqtisadi şərtlərdən asılı olaraq mümkün hesab olunur. Minimum əməkhaqqının ildə iki dəfə artırılmasını məhdudlaşdıran konkret hüquqi norma mövcud deyil”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Mehman Muradlı səsləndirib.

Böyük Dayağın qaloşları... - Vəkil Mehman Muradlı | sfera.az

“Qanunvericilikdə belə bir tələb yoxdur ki, ilin əvvəlində müəyyən edilən rəqəm dəyişməz qalmalıdır. İqtisadi amillər, xüsusilə də büdcə gəlirlərinə təsir edən faktorlar əlavə qərarların qəbulunu zəruri edə bilər”, – deyə o, qeyd edib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü vurğulayıb ki, ölkə büdcəsinin mühüm hissəsi neft gəlirlərindən asılıdır.

“Dünya bazarında neft qiymətlərinin dəyişməsi büdcə imkanlarına təsir göstərdiyindən, zərurət yarandıqda Milli Məclis tərəfindən minimum əməkhaqqına il ərzində əlavə dəfə baxılması mümkündür.

Bu cür qərarlar qanun pozuntusu sayılmır və iqtisadi reallıqlara uyğun olaraq qəbul edilə bilər”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*