İsmayıllı rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri və qohumunu avtomobil vurdubackend

İsmayıllı rayon Mərkəzi Xəstəxanasının şöbə müdiriqohumunu avtomobil vurdu

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın xəbərinə görə, hadisə bu gün axşam saat 18:30 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Rayon sakini, 1966-cı il təvəllüdlü Ağamirzəyev Fazil Səməd oğlu idarə etdiyi “10-LZ-067” dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə yol kənarındakı piyada səkisində hərəkət edən iki nəfəri – İsmayıllı rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Abbasov Elçin Şahsuvar oğlunu və qohumu, 1981-ci il təvəllüdlü Əzizov Rövşən Aydın oğlunu vurub. Yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*