İsmayıllıda arvadını öldürən kişi tutuldu – YENİLƏNİB-2backend

İsmayıllıda arvadını öldürən kişi tutuldu - YENİLƏNİB-2

İsmayıllı rayonunda qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyulun 17- də saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.

Araşdırma aparılır.

***

15:05

İsmayıllı rayonunda qadın qətlə yetirilib, əri şübhəli bilinir.

KONKRET.az xəbər verir ki, hadisə bu gün saat 14:30 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Etibar Bədəlov ailə münaqişəsi zəminində aralarında yaranmış dava zamanı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Aytən Bədəlovanı öldürüb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

***

14:59

 

İsmayıllıda qadın kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyulun 17-si saat 14 radələrində rayonun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*