İsmayıllıda avtomobil 3 qadını vurdubackend

İsmayıllıda avtomobil 3 qadını vurdu

İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, İsmayıllı şəhərinin “Günəşli” dairəsi adlanan ərazisində hərəkətdə olan “Ford” markalı avtomobil yolu keçən piyadaları, İsmayıllı rayon sakinləri, 1970-ci il təvəllüdlü Mirzəyeva Zivər Əziz qızını, 1968-ci il təvəllüdlü Qarakişiyeva Bəsti Tacir qızını və 1984-cü il təvəllüdlü Səfərəliyeva Aygün Məhərrəm qızını vurub.

Yaralılar təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*