İspaniya Beyruta hərbi təyyarə göndəribbackend

İspaniya Beyruta hərbi təyyarə göndərib

İspaniya hökuməti vətəndaşlarını Livandan çıxarmaq üçün üçüncü hərbi təyyarəni Beyruta  göndərib.

KONKRET.az xəbər verir ki, VVS A400 təyyarəsi Livandan 68 İspaniya vətəndaşını təxliyə edəcək.

Gərginliyin artması və İsrailin Livan paytaxtına  hücumları səbəbindən ispanlar oranı tərk etmək qərarına gəliblər. Bundan əvvəl İspaniyanın Müdafiə Nazirliyi Livana iki hərbi təyyarə göndərib və  200 İspaniya vətəndaşının təxliyəsi təmin edilib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*