İspaniya İsraili məhkəməyə verirbackend

İspaniya İsraili məhkəməyə verir

İspaniya hakimiyyəti Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaya qoşulmağa qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Krallığın xarici işlər naziri Xose Manuel Albares məlumat verib. Diplomat Madridin Qəzzada baş verənlərlə bağlı sualı cavablandırarkən deyib ki, “İspaniya Qəzzadakı vəziyyətə görə Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsinin başlatdığı işə müdaxilə edəcək və İspaniya məhkəmənin qərarını dəstəkləyəcək”.

Xatırladaq ki, İspaniya ilə İsrail arasında münasibətlər Madridin Fələstini dövlət kimi tanıması fonunda pisləşib. Mayın 27-də İsrailin xarici işlər naziri İsrael Katz ölkənin İordan çayının qərb sahilindən fələstinlilərə konsulluq xidmətləri göstərən Qüdsdəki İspaniya konsulluğuna qadağan edən nota göndərib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*