İspaniyada daşqınlar infrastrukturu iflic etdibackend

İspaniyada daşqınlar infrastrukturu iflic etdi

İspaniyada daşqınlar nəticəsində 51 nəfər ölüb. Güclü yağışlar nəticəsində bir neçə kənd su altında qalıb. Ölkənin dəmir yolu infrastrukturuna ciddi ziyan dəyib, magistral yollar bağlanıb.

Güclü yağışlar İspaniyanın cənub və şərq bölgələrində daşqınlara səbəb olub. Malaqada 300-ə yaxın sərnişin daşıyan yüksək sürətli qatar relsdən çıxıb. Xilasedicilər insanları xilas etmək üçün vertolyotlardan istifadə edib. İspaniya ordusunun 1000-dən çox əsgəri daşqınlardan zərər çəkmiş bölgələrə göndərilib. Proqnozlara görə, yağıntılı hava oktyabrın 31-nə kimi davam edəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*