İspaniyanın Kataloniya əyalətində iki qatarın toqquşması nəticəsində 150-dən çox insan xəsarət alıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli mülki əhalinin müdafiəsi departamenti məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlardan 5 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, bundan əvvəl departament 70-dən çox zərərçəkən barədə məlumat verib.
Xilasetmə xidmətləri hadisə yerindədir.
İqbal Rzayev,
KONKRET.az