İspaniyanın Palma şəhərində öldüyü güman edilən yaşlı qadın dəfn mərasimi zamanı qəfil hərəkət etməyə başlayıb. Dəfn evinin işçiləri qadının nəbzinin olduğunu və barmaqlarını tərpətdiyini bildiriblər.
KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı dərhal tibb işçilərinə məlumat verilib və qadın təcili şəkildə xəstəxanaya çatdırılıb. Həkimlər onun sağ olduğunu təsdiqləyib və o, reanimasiya şöbəsinə yerləşdirilib.
İspaniyanın səhiyyə orqanları hadisə ilə bağlı ölümə yanlış diaqnoz qoyulub-qoyulmadığını müəyyənləşdirmək üçün daxili araşdırma başladıldığını açıqlayıblar.
Aynurə İsmayıl
KONKRET.az