İsrail Bəşər Əsəd üçün 1,2 milyonluq vaksin aldıbackend

İsrail Bəşər Əsəd üçün 1,2 milyonluq vaksin aldı

İsrail hökuməti ilə Əsəd rejimi arasındakı əsir mübadiləsi və COVİD-19 peyvəndinin satışının təfərrüatları ortaya çıxıb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.
Məlumata görə, İsrail hökuməti saxlanılan vətəndaşının azad edilməsi üçün Əsəd rejimini COVİD-19 vaksinləri ilə təmin edib.
Bildirilir ki, İsrail Əsəd rejimi üçün Rusiyadan 1,2 milyon dollarlıq “Sputnik V” vaksini satın alıb.
Razılaşma çərçivəsində vaksinlərin birbaşa Dəməşqə göndəriləcəyi iddia edilib.
Qeyd edək ki, məsələ ilə bağlı İsrail hökumətindən rəsmi açıqlama verilməyib.
Əlavə edək ki, əsir mübadiləsi çərçivəsində İsrail 2 suriyalı çobanı, Əsəd rejimi isə səhvən Suriyaya daxil olan israilli qadını sərbəst buraxıb. (axar.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*