İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Hələbin cənub-şərqinə səkkiz ədəd idarəolunan raket atıb, bunlardan yeddisi Rusiya istehsalı olan “Pantsir-S” və “Buk-M2” kompleksləri tərəfindən dəf edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzi rəhbərinin müavini, kontr-admiral Vadim Kulit məlumat verib.
“19 iyul 23:39 və 23:51 saatlarında İsrail Hərbi Hava Qüvvələrinin dörd F-16 taktiki qırıcısı Suriyanın hava məkanına girib və Hələb şəhərinin cənub-şərqindəki hədəflərə səkkiz idarəolunan raketlə zərbələr endirib” , – Kulit bildirib.