İsrail gəmisi atəşə tutuldu – 2 nəfər öldübackend

İsrail gəmisi atəşə tutuldu - 2 nəfər öldü

Ərəbistan dənizində Liberiya bayrağı altında üzən, İsrailin “Zodiac Maritime LTD” şirkətinə məxsus “Mercer Street” tankeri Oman sahillərində hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, tankerin atəşə tutulması nəticəsində Böyük Britaniya və Rumıniya vətəndaşı olan iki nəfər heyət üzvü həlak olub.

Tankerin İranın hücumuna məruz qaldığı və drondan atəşə tutulduğu iddia olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*