İsrail HHQ “Sepah”ın Qüds Qanadının komanda mərkəzinə zərbə endirdibackend

İsrail HHQ "Sepah"ın Qüds Qanadının komanda mərkəzinə zərbə endirdi

İsrail HHQ İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds Qanadının komanda mərkəzinə hücum edib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“Hava Qüvvələrinin döyüş təyyarələri kəşfiyyat şöbəsinin dəqiq və mötəbər kəşfiyyat bələdçiliyi ilə İnqilab Keşikçilərinin Qüds Qanadının və İran hərbçilərinin komanda mərkəzlərinə zərbə endirib”, – məlumatda vurğulanıb.

Bildirilib ki, bu komanda mərkəzlərində Qüds qüvvələrinin vəzifəliləri “İran rejiminin Yaxın Şərqdəki proksiləri vasitəsilə İsrailə qarşı terror əməliyyatları planlaşdırırdılar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*