İsrail-İran münaqişəsinə Çin liderindən reaksiyabackend

İsrail-İran münaqişəsinə Çin liderindən reaksiya

Pekin İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Yaxın Şərqdə gərginliyin qəfil artımından narahatdır.

KONKRET.az xəbər verir ki, bunu Çin lideri Si Szinpin Qazaxıstanda keçirilən Çin-Orta Asiya sammitində çıxışında deyib.

Çin lideri bildirib ki, regionda gərginliyin ən qısa müddətdə azaldılması üçün bütün maraqlı tərəflər əməkdaşlıq etməlidir.

“Çin digər ölkələrin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozan hər növ hərəkətə qarşıdır və hərbi münaqişə həll yolu deyil”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*