İsrail-İran savaşından mühüm xəbər – Azərbaycana tarixi şans!backend

İsrail-İran savaşından mühüm xəbər – Azərbaycana tarixi şans!

İranın Hörmüz boğazını bağlamaqla bağlı verdiyi bəyanatlar ciddi narahatlığa səbəb olub. Bildirilir ki, bu strateji keçid nöqtəsi dünya neft ticarətinin mühüm arteriyasıdır və belə bir vəziyyət baş verərsə, qiymətlərdə ciddi dalğalanmalar yaşana bilər. Bu fonda Azərbaycan neftinin qiymətinin qısa və uzunmüddətli perspektivdə necə dəyişəcəyi müzakirə mövzusudur.

İran Hörmüz boğazını bağlaya bilərmi? Bunun neftin qiymətinə hansı təsirləri olacaq?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycan nefti ayrıca qiymətləndirilmir:

“Azəri Light” dünya bazarında “Brent” markalı neftin qiymətinə əsasən tənzimlənir. Xüsusi formul mövcuddur: “Brent” bahalaşdıqda “Azəri Light” da bahalaşır, ucuzlaşdıqda isə onun da qiyməti düşür. Hazırkı gərginlik fonunda qiymətlərdə ciddi artım müşahidə olunur. Müharibədən öncə 62–63 dollara qədər enən neftin qiyməti hazırda 80 dolları ötüb. Bu isə Azərbaycan üçün əlavə neft gəlirləri, valyuta ehtiyatlarının artması və Dövlət Neft Fonduna daha çox vəsaitin daxil olması deməkdir”.

İqtisadçı bildirib ki, neftin qiyməti İsrail-İran müharibəsinin gedişatından asılıdır:

“Hörmüz boğazının bağlanması real təhlükə olaraq qalır. Bu olarsa, qiymətlər kəskin şəkildə arta, 100 dollar həddini də keçə bilər. Çünki dünya neft ticarətinin təxminən 20 faizi həmin boğazdan keçir. Lakin münaqişə diplomatik yolla həll olunsa, razılaşmalar əldə edilsə, qiymətlərdə yenidən azalmaların olması mümkündür. Hazırkı artım iqtisadi əsaslara deyil, sırf geosiyasi risklərə bağlıdır. Yəni müharibə və gərginlik riski ortadan qalxdıqda, qiymətlər yenidən 60 dollara qədər enə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*