İsrail İrana hücumla bağlı ABŞ-ni məlumatlandırıb-hədəf hərbi infrastrukturdurbackend

İsrail İrana hücumla bağlı ABŞ-ni məlumatlandırıb-hədəf hərbi infrastrukturdur

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Bayden administrasiyasına bildirib ki, o, İranın neft və nüvə obyektlərinə deyil, hərbi hədəflərə hücum etməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat “The Washington Post”da dərc olunub. Söhbət iştirakçılarından birinin sözlərinə görə, Bayden və Netanyahu arasında telefon danışığı zamanı İsrailin baş naziri İranın hərbi infrastrukturuna hücum etmək niyyətini açıqlayıb. Başqa bir hökumət rəsmisi, “ABŞ seçkilərinə siyasi müdaxilə”nin görünməməsi üçün cavabın diqqətlə nəzərdən keçiriləcəyini söyləyib.

Qeyd edilir  ki, Vaşinqton belə bir bəyanatdan çox sevinib və  Netanyahu bu müzakirədə əvvəlkindən daha mülayim mövqe tutub.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*