İsrail Müdafiə Ordusu (CƏŞƏL) Tehranda İran rejiminin daxili təhlükəsizlik qərargahını hava zərbəsi ilə məhv edib. Bu barədə İsrailin müdafiə naziri İsraël Kac məlumat yayıb.
KONKRET.az xəbər verir ki, Nazir bildirib ki, sözügedən qərargah İran diktaturasının repressiv aparatının mərkəzi idi:
“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları İran rejiminin daxili təhlükəsizlik qərargahını – diktatorun əsas repressiv orqanını – məhv etdi. Biz vəd etdiyimiz kimi, ayətullahlar rejiminin simvollarını və hakimiyyət strukturlarını hədəf almağa davam edəcəyik.”
İsrail rəsmilərinin sözlərinə görə, bu əməliyyatlar İrana qarşı genişmiqyaslı cavab zərbələrinin tərkib hissəsidir və qarşıdakı günlərdə də davam etdiriləcək.
Natiq Səlim,
KONKRET.az