İsrail-İran müharibəsi yenidən başlaya bilər. “Axios”un məlumatına görə İsrail Avqustun sonlarında İrana yenidən hücum edə bilər.
Bəs bu müharibə İrandan ölkəmizə qaçqın axınına səbəb ola bilərmi?
Aytən Qurbanova
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova KONKRET.az-a bildirdi ki, Əslində 12 günlük müharibə dövründə də İrandan ölkəmizə qaçqın təhülkəsi gündəmdə idi:
“Həm bizə sərhəd ölkə olması, həm də milyonlarla soydaşımızın orda yaşaması müharibə fonunda qaçqın təhlükəsi riskini hər zaman gündəmə gətirir. Quru sərhədlərimizin bağlı olmasına baxmayaraq həm ordakı soydaşlarımızın təhlükəsizliyi, həm də 3-cü və 4-cü dövlətlərin bizim ölkəmiz vasitəsi ilə öz vətənlərinə qayıtması məsələsi qaçılmazdır. Təbii ki, bu, İsrail-İran müharibəsi baş verərsə, keçərlidir. Əlbəttə ki, qaçqın axını baş verərsə, bu, bir sıra iqtisadi m, sosial və siyasi problemlərə gətirib çıxara bilər”, – deyə ekspert vurğulayıb.
Natiq Səlim
KONKRET.az