İsrail Livanla sərhəddə yerləşən şəhərin sakinlərini təxliyə edir.
KONKRET.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyi ölkənin şimalındakı Kiryat Şmona şəhər sakinlərinin təxliyə ediləcəyini bildirib.
Qeyd olunub ki, təxliyə Livan Hizbullahı ilə qarşıdurma səbəbindən həyata keçirilir.
Dünən şəhərə raket hücumu nəticəsində 3 nəfər yaralanıb.
Qeyd edək ki, Kiryat Şmona şəhərinin 22 min sakini var.
Ariz Həsənoğlu,
KONKRET.az