İsrail Livanda “təhlükəsizlik zolağı” tələb edirbackend

İsrail Livanda “təhlükəsizlik zolağı” tələb edir

İsrail “Hizbullah”la döyüşlərin dayandırılmasına dair ABŞ-ın xüsusi elçisi Tom Barrakın planını rədd edib.

KONKRET.az xəbər verir ki, Al-Jadeed telekanalının məlumatına görə, İsrail cənubi Livana endirilən zərbələri tədricən dayandırmağa hazır olsa da, əsas şərt irəli sürülüb: sərhədə yaxın bir neçə kənd tamamilə boşaldılmalı və bu ərazilər buffer zona kimi istifadə edilməlidir.

İsrailin Strateji Planlaşdırma naziri Ron Dermerin Barrakla danışıqlarda bildirib ki, İsrail müəyyən mövqelərdən qoşunlarını çıxarmağa və “Hizbullah” komandirlərinə qarşı hədəfli zərbələrdən imtina etməyə hazırdır. Lakin bunun müqabilində ölkə sərhəd boyunca “təhlükəsizlik kəməri” saxlayacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*