Hizbullah İsrail qüvvələri ilə mübarizəni uğurla davam etdirir və Livanın cənubunda onlara ağır zərbələr vurur.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hizbullahın Telegram kanalında məlumat verilir. Bildirilir ki, oktyabrın 1-dən toqquşmalar zamanı müqavimət qüvvələri 90-dan çox İsrail əsgər və zabitini öldürüb, daha 750 nəfəri yaralayıb. Bundan başqa, 38 Merkava tankı, 4 buldozer, 4 zirehli texnika və zirehli transportyor idarə olunan raketlərlə vurulub. 3 “Hermez 450” və 1 “Hermez 900” pilotsuz təyyarəsi də sıradan çıxarılıb. Məlumatda o da vurğulanır ki, İsrail Livanla sərhəddə beş diviziya cəmləşdirib.
Vəli Həsənoğlu,
KONKRET.az