İsrail “Madlin” gəmisinə əl qoydu: Ankaradan sərt reaksiya…backend

İsrail “Madlin” gəmisinə əl qoydu: Ankaradan sərt reaksiya...

İsrail ordusunun Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan və Türkiyə vətəndaşlarının da olduğu “Madlin” gəmisinə müdaxiləsi açıq şəkildə beynəlxalq hüququn pozulmasıdır.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Qəzzada aclıqdan silah kimi istifadə edən və humanitar yardımların çatdırılmasına mane olan İsrailin soyqırım siyasətinə beynəlxalq ictimaiyyətin haqlı reaksiyası davam edəcək. İsrailin aqressiv və qanunsuz mövqeyi bəşəri dəyərləri müdafiə edən səsləri susdurmayacaq”, – bəyanatda bildirilib.

Xatırladaq ki, İsrail müdafiə naziri Katz qanunsuz olaraq Qəzzaya doğru hərəkət edən “Madlin” gəmisinin saxlanılması barədə əmr verdiyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*