İsrail Makronun “katibi”ni HƏBS ETDİbackend

İsrail Makronun "katibi"ni HƏBS ETDİ

Yanvarın 23-də səhər saatlarında İsrailin iqtisadi cinayətlərə qarşı mübarizə şöbəsinin əməkdaşları Netanya sakinini həbs ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə polis “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, o, özünü Yelisey sarayının baş katibi kimi təqdim edərək Avropadakı səfirləri aldatmağa çalışıb.

Qeyd olunub ki, hüquqmühafizə orqanları təhqiqata təxminən iki ay əvvəl Fransa polisindən araşdırma tələbi aldıqdan sonra başlayıblar.

Məlumata görə, polis axtarış zamanı 40 yaşlı şübhəlinin evində saxta möhürlər tapıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*