İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində HƏMAS-ın üç sahə komandirini məhv etdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ordunun mətbuat xidməti yayıb.
Zərərsizləşdirilən şəxslər bunlardır:
▪️ İyad Nəsr – HƏMAS-ın “Cəbalya” batalyonunun komandir müavini
▪️ Həsən Mahmud Məhəmməd Mari – “Mərkəzi Cəbalya” rotasının komandiri
▪️ Məhəmməd Zəki Şamada Həmad – “Beyt Hanun” batalyonunun rota komandiri müavini
Əməliyyatın hansı bölgədə və hansı şəraitdə aparıldığı barədə əlavə məlumat verilməyib.
Natiq Səlim,
KONKRET.az