İsrailin Ukraynadakı səfirinin Kiyevə “Patriot” sistemlərinin tədarükü ilə bağlı açıqlaması həqiqətə uyğun deyil.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyindən “RİA Novosti”yə verilən açıqlamada bildirilib.
“İddia doğru deyil. İsrail “Patriot” sistemlərini Ukraynaya verməyib”, – XİN-dən bildirilib.
Qeyd edək ki, Təl-Əvivin Kiyevdəki səfiri Mixail Brodski İsrailin Ukraynaya “Patriot” sistemləri verdiyini bildirmişdi.