İsrail Qəzza zolağında Əl-Mamedani xəstəxanasına hücum edib.
KONKRET.az xəbər verir ki, bombalı hücum nəticəsində ən azı 500 nəfərin həyatını itirdiyi açıqlanıb. Bildirilir ki, ölənlər arasında binaya sığınan yüzlərlə adamla yanaşı xəstələr də var.
Fələstin lideri Mahmud Abbasın xəstəxananın vurulması ilə əlaqədar 3 günlük matəm elan etdiyi bildirilir.