Bu gün yerli vaxta saat 09:58, Bakı vaxtilə saat 10:28-də Təbriz səmasında İsrail qırıcıları görünüb.
KONKRET.az xəbər verir ki, bu haqda yerli mənbələr məlumat yayıb.
Məlumata görə, alçaqdan uşan qırıcıların görünməsindən bir neçə saniyə sonra şəhərdə 3 güclü partlayış olub.
Zərbələrin Təbriz ətrafındakı hədəflərə endirildiyi bildirilsə də, vurulan yerlər barədə əlavə açıqlama verilməyib.