İsrail qüvvələri Suriyanın cənubunda irəliləyir – Şam BİR ADDIMLIQDAbackend

İsrail qüvvələri Suriyanın cənubunda irəliləyir - Şam BİR ADDIMLIQDA

Suriyanın şimal-şərqində Suriya Demokratik Qüvvələri (SDQ) ilə mərkəzi Şam idarəsi arasında aparılan birləşmə danışıqları hələ nəticə verməsə də, Suriyanın cənubuna daxil olan İsrail qüvvələri Əsəd rejiminin tərk etdiyi ərazilərdə geniş əməliyyatlar keçirərək çox sayda silah və sursat ələ keçirib. Əməliyyat çərçivəsində İsrail qüvvələri bölgədə 38 kilometr irəliləyərək Şama bir qədər də yaxınlaşıb. Eyni zamanda, Tabkanın cənub-şərqindəki Til Hafir kəndi ətrafında SDQ, Şam hökumətinə bağlı silahlı qrupların sızma cəhdini uğurla dəf edib.

KONKRET.az xəbər verir ki, İsrailin Suriyadakı hərbi fəaliyyətləri xüsusilə Hermon dağı ətrafında diqqət çəkir. Yedioth Ahronoth qəzeti bildirib ki, İsrail ordusu Hermon dağı zirvəsində strateji nəzarəti təmin edib, Golan sərhədində Hamat Gadir istiqamətinə qədər irəliləyib və burada səkkiz hərbi mövqe qurub.

Əməliyyat zamanı devrilmiş Suriya ordusuna aid minaatan, tank əleyhinə raketlər, köhnə tanklar və qısa mənzilli raketlər daxil olmaqla çox sayda silah və sursat ələ keçirilib. İsrail qüvvələri 3,5 tondan çox partlayıcı və silahı da ələ keçirərək yaxın gələcəkdə daha çox hücum və əməliyyat üçün hazırlıq gördüklərini açıqlayıb.

SANA xəbər agentliyi bildirir ki, İsrail hərbi birləşmələri Dəra vilayətinin qərbindəki Saysun və Cemlə kəndlərinə daxil olaraq evlərdə axtarışlar keçirib, 18 hərbi avtomobillə bölgədə əməliyyatlar aparıb və dronlarla kəşfiyyat uçuşları həyata keçirib. Bölgədə SDQ ilə mərkəzi Şam qüvvələri arasında gərginlik də davam edir; SDQ Tabka rayonunun cənub-şərqində Şam hökumətinə bağlı silahlı qrupların sızma cəhdini dəf etdiyini açıqlayıb.

Suriya Müdafiə Nazirliyi isə SDQ-nu ittiham edərək Cerrah Hərbi Hava Limanı və Meskene şəhəri ətrafında “sivilləri hədəf alan” bombardmanlar həyata keçirdiyini bildirib. Saldırılar nəticəsində 2 mülki şəxs həlak olub, 3 nəfər yaralanıb. Nazirlik öz qüvvələrinin qarşı hücuma keçdiyini açıqlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*